​İran XİN başçısı İrəvanda Dağlıq Qarabağla bağlı açıqlama verib

​İran XİN başçısı İrəvanda Dağlıq Qarabağla bağlı açıqlama verib Nalbandyan: "Münaqişənin həllinə Tehranın balanslı yanaşmasını yüksək qiymətləndiririk"
Qarabağ
27 Yanvar , 2015 14:18
​İran XİN başçısı İrəvanda Dağlıq Qarabağla bağlı açıqlama verib

Bakı. 27 yanvar. REPORT.AZ/ "İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif İrəvanda erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

"İran həmişə bölgə dövlətləri arasında sülh və dostluğun olmasının tərəfdarı kimi çıxış edir və mövcud münaqişənin (Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutur-S.İ.) beynəlxalq prinsiplər əsasında, istisnasız olaraq, sülh yolu ilə həllinə ümid edir", - M.Zərif vurğulayıb.

E.Nalbandyan öz növbəsində bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə Tehranın balanslı yanaşmasını yüksək qiymətləndirir. 

Son xəbərlər

Orphus sistemi