Bakı. 8 iyul. REPORT.AZ/ İran İslam Respublikasının ali rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi Ayətullah Seyid Həsən Amili Ermənistanı kəskin tənqid edib.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində 2 yaşlı Zəhra Quliyevanın öldürülməsini vəhşilik adlandıran Həsən Amili Dağlıq Qarabağ bölgəsinin əzəli Azərbaycan torpağı olduğunu vurğulayıb.