İnformasiya "post"unda dayanan düşmən və onların xidmətçiləri

İnformasiya "post"unda dayanan düşmən və onların xidmətçiləri Ermənistanın xüsusi xidmət orqanları, aktiv sosial şəbəkə istifadəçiləri olan ermənilər daim Azərbaycan mətbuatını və sosial mediasını izləyirlər. Düşmən bunu Azərbaycanda gedən inkişaf, quruculuq prosesi barədə məlumatlı olmaq üçün deyil, daha çox dezinformasiya xarakterli məlumatlar yaymaq üçün edir. Bu zaman ermənilərin köməyinə vətəninə, dövlətinə düşmən kəsilən “azərbaycanlılar” çatırlar. Düşmən belə “azərbaycanlıların” yaydığı yalan və böhtan xarakterli informasiyalardan yararlanır. Son zamanlar Azərbaycan Ordusu barədə əsassız məlumatlar yayan şəxslərin Ermənistan mətbuatının “qəhrəmanı”na çevrilməsi də təsadüfü deyil.
Qarabağ
19 Fevral , 2020 15:54
İnformasiya postunda dayanan düşmən və onların xidmətçiləri

Ermənistanın xüsusi xidmət orqanları, aktiv sosial şəbəkə istifadəçiləri olan ermənilər daim Azərbaycan mətbuatını və sosial mediasını izləyirlər. Düşmən bunu Azərbaycanda gedən inkişaf, quruculuq prosesi barədə məlumatlı olmaq üçün deyil, daha çox dezinformasiya xarakterli məlumatlar yaymaq üçün edir. Bu zaman ermənilərin köməyinə vətəninə, dövlətinə düşmən kəsilən “azərbaycanlılar” çatırlar. Düşmən belə “azərbaycanlıların” yaydığı yalan və böhtan xarakterli informasiyalardan yararlanır. Son zamanlar Azərbaycan Ordusu barədə əsassız məlumatlar yayan şəxslərin Ermənistan mətbuatının “qəhrəmanı”na çevrilməsi də təsadüfü deyil.

Ümumiyyətlə, ordu ilə bağlı məsələləri ictimailəşdirmək nə dərəcədə doğrudur? Silahlı Qüvvələr barədə yalan və böhtan xarakterli informasiyaların yayılmasının qarşısı necə alınmalıdır?

Milli Məclisin deputatı Fazil Mustafa “Report”a açıqlamasında deyib ki, dövlətin hərbi sirrinə aid olan məsələlərin ictimailəşdirilməsini məhdudlaşdırmaq üçün addımların atılması vacibdir:

Milli Məclisin deputatı Fazil Mustafa:

“Dövlətin hərbi sirrinə aid olan məsələlər var ki, onların yayılması doğru deyil".

Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri, deputat

 

“Dövlətin hərbi sirrinə aid olan məsələlər var ki, onların yayılması doğru deyil. Qalan məsələlərin qarşısını almaq çox çətindir. Çünki indi informasiyanın yayılma operativliyi daha yüksəkdir. Bu baxımdan da bu gün hərbi sirr və dövlət sirri kateqoriyasına aid olan məsələlər üzərində məhdudlaşdırıcı addımlar atmaq olar. Digər məsələlərdə də bir az jurnalist məsuliyyəti olmalıdır. Jurnalistlər insanları atdıqları addımların hər hansı bir şəkildə problem yaratmaması üçün maarifləndirməlidirlər, onları buna dəvət etməlidir. Elə məsələlər var ki, orada obyektivlik önəmlidir, ancaq ordu kimi məsələlərdə jurnalist vətənpərvərliyi önə çıxır və belə informasiyanı yaymaq doğru deyil. Yəni bu səpkili xəbərlərin qarşısını almaq mümkündür, ancaq bunu mənəvi tapşırıq yolu ilə etmək daha düzgündür”.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli bunu mətbuatın qarşılaşdığı ciddi problem hesab edir:

“Narahatlıq yaradan məsələ Azərbaycan Silahlı Qüvvələri ilə bağlı xəbərlərin qısa vaxtda erməni mətbuatına yol tapmasıdır". 

Ramil Məmmədli

Hərbi ekspert

“Narahatlıq yaradan məsələ Azərbaycan Silahlı Qüvvələri ilə bağlı xəbərlərin qısa vaxtda erməni mətbuatına yol tapmasıdır. Burada, əlbəttə ki, vasitəçi mənbə Azərbaycan mətbuatı və ya azərbaycanlı blogerlərin sosial şəbəkələrdə paylaşımlarıdır. Azərbaycan Ordusu ilə bağlı məlumatların erməni mediasına yol tapmaması üçün yeganə yol KİV-də daxili senzuradır. Yəni hər bir media qurumunun rəhbəri bu məsələdə daxili senzura rolunu oynamalıdır. Hər bir halda informasiya müharibəsində yaşadığımızı da unutmamalıyıq”.

Azadə Yolçu

Son xəbərlər

Orphus sistemi