İƏT baş katibi: "Xocalıda faciəsi Azərbaycan torpaqlarının qanunsuz işğalı nəticəsində baş verib"

İƏT baş katibi: "Xocalıda faciəsi Azərbaycan torpaqlarının qanunsuz işğalı nəticəsində baş verib" Yusuf əl-Useymin: "İƏT Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi təşəbbüslərini və səylərini dəstəkləyir"
Qarabağ
17 Fevral , 2017 16:09
İƏT baş katibi: Xocalıda faciəsi Azərbaycan torpaqlarının qanunsuz işğalı nəticəsində baş verib

Bakı. 17 fevral. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusuf bin Əhməd əl-Useymin Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar bəyanat yayıb.

"Report" İƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, baş katib Xocalıda baş verənlərin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində olduğunu bildirib.

Baş katib dinc azərbaycanlılara qarşı atılan addımların insanlığa qarşı cinayət olduğu hesab edilən təşkilatın Xarici İşlər Nazirləri Şurasının əvvəlki qətnamələrinə müraciət edib. Əl-Useymin İƏT-in Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və işğala son qoyulması üzrə təşəbbüslərini və səylərini dəstəklədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi