İcma sədri: "Jurnalistlərin qarşılıqlı səfərləri iki icmanın sülh şəraitində yaşamasına önəmli təsir göstərməlidir"

İcma sədri: "Jurnalistlərin qarşılıqlı səfərləri iki icmanın sülh şəraitində yaşamasına önəmli təsir göstərməlidir" ​İcma sədri: "Bu səfərlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz torpaqlarımıza qayıdaraq birgə yaşayışımıza müsbət təsir göstərəcək"
Qarabağ
26 Noyabr , 2019 12:01
İcma sədri: Jurnalistlərin qarşılıqlı səfərləri iki icmanın sülh şəraitində yaşamasına önəmli təsir göstərməlidir
Tural Gəncəliyev / Report

"Hesab edirəm ki, erməni jurnalistlərin Bakı, Gəncə və Qubaya səfəri, azərbaycanlı jurnalistlərin də Yerevana və işğal olunmuş Şuşa və Xankəndi şəhərlərinə səfərləri gələcəkdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində iki icmanın sülh şəraitində yaşamasına önəmli təsir göstərməlidir və göstərəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev icma üzvlərinin ABŞ-ın Los-Anceles və Türkiyənin paytaxtı Ankara şəhərindəki görüşləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu səfərlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz torpaqlarımıza qayıdaraq birgə yaşayışımıza müsbət təsir göstərəcək: "Çünki biz daim erməni icması ilə yaşamağa hazır olduğumuz bəyan etmişik. Hesab edirik ki, bu görüşlərin faydası var. Erməni jurnalistlər Bakı, Gəncə və Quba şəhərlərinə səfər etdilər. Onlar Azərbaycanda müxtəlif qurumlarla, Dağlıq Qarabağ icmasının nümayəndələri ilə görüşdülər. "ASAN xidmət" və DOST mərkəzləri ilə tanış olublar, Bakının mərkəzində olan erməni kilsəsi, orada saxlanılan ermənidilli kitablarla tanış olublar. Eyni zamanda ölkəmizdə həyata keçirilən tədbirlər, Azərbaycan dövlətinin göstərdiyi xidmətlər barədə məlumatlandırılıblar. Həmçinin, bizim jurnalistlər də Yerevana, və işğal olunmuş Xankəndi və Şuşa şəhərlərinə səfər ediblər. Orada erməni icmasının nümayəndələr ilə görüşlər keçiriblər. Hesab edirik ki, bu kimi səfərlər bizim də hər zaman təşviq etdiyimiz, dəstəklədiyimiz icmalararası dialoqun, birgə sülh şəraitində dinc yaşamağın həyata keçməsi üçün stimul olacaq".

Son xəbərlər

Orphus sistemi