İşğaldan azad olunan ərazilərdə inşa prosesinin təşkili bu quruma tapşırılıb

İşğaldan azad olunan ərazilərdə inşa prosesinin təşkili bu quruma tapşırılıb Baş nazir Əli Əsədov sərəncam imzalayıb
Qarabağ
14 Yanvar , 2021 17:49
İşğaldan azad olunan ərazilərdə inşa prosesinin təşkili bu quruma tapşırılıb

İşğaldan azad olunan ərazilərdə inşa prosesində həyata keçiriləcək işlərin təşkili Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.

"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub.

Son xəbərlər

Orphus sistemi