Hikmət Hacıyev: "Həmsədrlər erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə son qoymağa çağırmalıdır"

Hikmət Hacıyev: "Həmsədrlər erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə son qoymağa çağırmalıdır" Bakı. 17 noyabr. REPORT.AZ/ Ermənistan Suriyadakı humanitar vəziyyətdən istifadə edərək öz məqsədləri naminə Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür və orada demoqrafik vəziyyəti dəyişdirməyə çalışır.
Qarabağ
17 Noyabr , 2018 11:34
Hikmət Hacıyev: Həmsədrlər erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə son qoymağa çağırmalıdır
Hikmət Hacıyev

Bakı. 17 noyabr. REPORT.AZ/ "Ermənistan Suriyadakı humanitar vəziyyətdən istifadə edərək öz məqsədləri naminə Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür və orada demoqrafik vəziyyəti dəyişdirməyə çalışır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusundakı beynəlxalq konfransda deyib.

"Bu, Ermənistanın anneksiya və işğal siyasətini bir daha nümayiş etdirir. Bu baxımdan, beynəlxalq ictimaiyyət xüsusilə diqqətli olmalıdır", - o qeyd edib.

H.Hacıyev həmçinin vurğulayıb ki, Ermənistan ekoloji normalara baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin təbii sərvətlərini talan edir və buna dair bir sıra faktlar var: "Metallurgiya və əlvan metallar Ermənistanın ixracının əsas komponentlərindən biridir və burada Azərbaycanın işğal olunmuş ərazilərdən hasil olunmuş sərvətlər də var".

H.Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələlərə diqqətini cəlb etməyin vacibliyini vurğulayıb: "Vasitəçilərin atəşkəsə dair çağırışlarından əlavə, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin dayandırılmasına çağırış etmələri də vacibdir".

Son xəbərlər

Orphus sistemi