Hikmət Hacıyev: "Diplomatların Qarabağda erməni vəhşiliklərini görməsi mühümdür"

Hikmət Hacıyev: "Diplomatların Qarabağda erməni vəhşiliklərini görməsi mühümdür" "Azərbaycandakı xarici diplomatik korpus nümayəndələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra artıq 7-ci dəfədir azad olunmuş ərazilərə səfər edirlər".
Qarabağ
379
16 Oktyabr , 2021 17:20
Hikmət Hacıyev: Diplomatların Qarabağda erməni vəhşiliklərini görməsi mühümdür

"Azərbaycandakı xarici diplomatik korpus nümayəndələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra artıq 7-ci dəfədir azad olunmuş ərazilərə səfər edirlər".

Bunu “Report”un bölgəyə ezam edilmiş müxbirinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu cür səfərlərdə əsas məqsəd Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Ermənistanın törətdiyi vəhşiliklər və vandallıqlarla yerində tanış olmaqdır. Ermənistan tərəfi əməllərini inkar və ya başqa cür ört-basdır etməyə çalışsalar da, diplomatlar onların əməllərini öz gözləri ilə görəndən sonra inkar etmək mənasızdır", - o bildirib.

H.Hacıyev həmçinin vurğulayıb ki, bu cür səfərlərlə xarici diplomatların Qarabağda görülən bərpa və yenidənqurma işləri ilə tanış olmaları mühümdür: "Belə ki, diplomatların gördüklərini hökumətlərinə çatdırması gələcəkdə həmin ölkələrin azad edilmiş bölgələrimizdə gedən quruculuq işlərində iştirak etməsinə, buraya sərmayə qoymasına təkan verə bilər".

Son xəbərlər

Orphus sistemi