Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir

Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir “Prezident İlham Əliyevin tapşırığına əsasən diplomatik korpusları, beynəlxalq təşkilat rəhbərlərini Tərtərə / işğaldan azad olunan Ağdama aparırıq".
Qarabağ
28 Noyabr , 2020 09:43
Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir
Hikmət Haciyev

“Prezident İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusları, beynəlxalq təşkilat rəhbərlərini Tərtərə və işğaldan azad olunan Ağdama aparırıq. Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələrini görəcəyik”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

“Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir. Didərgin “Qarabağ” futbol klubu da bizimlədir”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi