Hərbi Qənimətlər Parkında düşmənin 150-dək ağır texnika, tanklar, artilleriya qurğuları toplanıb

Hərbi Qənimətlər Parkında düşmənin 150-dək ağır texnika, tanklar, artilleriya qurğuları toplanıb Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilən hərbi texnikaların sayı açıqlanıb.
Qarabağ
12 Aprel , 2021 14:17
Hərbi Qənimətlər Parkında düşmənin 150-dək ağır texnika, tanklar, artilleriya qurğuları toplanıb

Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilən düşmən hərbi texnikalarının sayı açıqlanıb.

"Report"un xəbərinə görə, parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Son xəbərlər

Orphus sistemi