Hərbi polis azad edilmiş ərazilərdə təhlükəsizliyin təminində iştirak edir

Hərbi polis azad edilmiş ərazilərdə təhlükəsizliyin təminində iştirak edir Azərbaycan Ordusunun hərbi polis bölmələrinin hərbi qulluqçuları azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində və qoşunların dislokasiya yerlərində təhlükəsizliyin təmin edilməsində iştirak edir. Hərbi polis naryadları yaşayış məntəqələri və hərbi nəq
Qarabağ
1042
21 Dekabr , 2020 18:24
Hərbi polis azad edilmiş ərazilərdə təhlükəsizliyin təminində iştirak edir

Azərbaycan Ordusunun hərbi polis bölmələrinin hərbi qulluqçuları azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində və qoşunların dislokasiya yerlərində təhlükəsizliyin təmin edilməsində iştirak edir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, hərbi polis naryadları yaşayış məntəqələri və hərbi nəqliyyatın hərəkət marşrutlarındakı stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır, buraxılış rejimini, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti təşkil edir.

Hərbi polis müxtəlif istiqamətlərdə açılan nəzarət-buraxılış məntəqələrində patrul xidmətini həyata keçirir, əraziyə daxil olan texnikanın uçotunu aparır, mühüm hərbi obyektlərin mühafizəsini təşkil edir, həmçinin kolonların müşayiətini təmin edir.

Son xəbərlər

Orphus sistemi