Hərbi ekspert: "Azad olunan ərazilərə keçidə nəzarət edən heyət genişləndirilməlidir"

Hərbi ekspert: "Azad olunan ərazilərə keçidə nəzarət edən heyət genişləndirilməlidir" “Mina təhlükəsizliyi ilə bağlı təbliğat Azərbaycan qədər heç bir ölkənin KİV-də işıqlandırılmayıb. İndiyədək kifayət qədər faktlar ictimailəşdirilib, müzakirələr keçirilib”.
Qarabağ
6 Dekabr , 2021 14:33
Hərbi ekspert: Azad olunan ərazilərə keçidə nəzarət edən heyət genişləndirilməlidir

“Mina təhlükəsizliyi ilə bağlı təbliğat Azərbaycan qədər heç bir ölkənin KİV-də aparılmayıb. İndiyədək kifayət qədər faktlar ictimailəşdirilib, müzakirələr keçirilib. Amma təbliğat işləri arzuolunan effekti vermir”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, təbliğat, maarifləndirmə kifayət etmir: “Ona görə də nəzarət mexanizmləri gücləndirilməlidir. Xüsusilə minalı ərazilərə keçidin qarşısı alınmalıdır. Azad olunan ərazilərə keçidə nəzarət edən heyətin genişləndirilməsinə ehtiyac var. Çünki söhbət insan həyatından, təhlükəsizlikdən gedir. Eyni zamanda orta məktəblərdə, ali məktəblərdə bu işə diqqət bir az da artırılmalıdır. ANAMA-nın nəşr etdiyi maarifləndirici kitabçaların daha geniş areala çatması təmin edilməlidir. Bu vəsaitlər xüsusilə sərhəd bölgəsinə yaxın olan ərazilərə çatdırılmalıdır”.

Ədalət Verdiyev
Ədalət Verdiyev

Ə.Verdiyevin fikrincə, bu istiqamətdə ən effektiv nəticəni məhz media vasitəsilə əldə etmək mümkündür: “Belə təşəbbüslər olsa, mən və digər mütəxəssislər məmnuniyyətlə seminarlar keçərik. Biz heç vaxt belə təşəbbüslərə etiraz etməmişik. Lakin, fikrimcə, saytlarda, sosial şəbəkələrdə, televiziyalarda çıxış etmək daha məqsədəuyğundur. Çünki seminarda maksimum 100 nəfər iştirak edirsə, televiziyanı milyonlar izləyir”.

Qeyd edək ki, son bir il ərzində işğaldan azad olunmuş torpaqlarda 180-ə yaxın şəxs minaya düşüb. Bu, maarifləndirici tədbirlərin gücləndirilməsini, o cümlədən televiziyalarda hərbi ekspertlərin iştirakı ilə verilişlərin efirə verilməsini labüd edir. Eyni zamanda şagird və tələbələrə də bu sahədə lazımi biliklər verilməlidir.

Son xəbərlər

Orphus sistemi