Həmsədrlər prezidentlərin görüşünün yekunlarına dair bəyanat yayıb

Həmsədrlər prezidentlərin görüşünün yekunlarına dair bəyanat yayıb Həmsədrlər: "Görüş konstruktiv ab-havada keçib"
Qarabağ
175
16 Oktyabr , 2017 16:35
Həmsədrlər prezidentlərin görüşünün yekunlarına dair bəyanat yayıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə birgə prezidentlər İlham Əliyev ilə Serj Sarqsyanın bu gün Cenevrədə keçirilən görüşünün yekunlarına dair bəyanat yayıblar.

"Report" xəbər verir ki, vasitəçilər görüşün konstruktiv mühitdə keçdiyini qeyd ediblər.

"Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli üçün tərəflərlə işləməyə həmişə hazırdırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər", - deyə bəyanatda bildirilib.

Son xəbərlər

Orphus sistemi