Həmsədrlər ATƏT-in Minsk qrupunu təmas xəttində baş verən insidentlər barədə məlumatlandıracaq

Həmsədrlər ATƏT-in Minsk qrupunu təmas xəttində baş verən insidentlər barədə məlumatlandıracaq Görüş Vyanada keçirələcək
Qarabağ
31 Mart , 2015 11:28
Həmsədrlər ATƏT-in Minsk qrupunu təmas xəttində baş verən insidentlər barədə məlumatlandıracaq

Bakı. 31 mart. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədrləri Minsk qrupunun digər üzvlərini danışıqlar prosesinin gedişi və  təmas xəttindəki insidentlər barədə məlumatlandıracaq. "Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb. 

"Minsk qrupunun üzvlərinə təmas xəttində zorakılıq hallarının artması və həyata keçirilən vasitəçilik səyləri haqqında məlumat vermək üçün bu gün Vyanaya gəldim. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi prioritet olmalıdır", - C.Uorlik yazıb. 

Son xəbərlər

Orphus sistemi