Komissiya: "Hazırda 197 nəfər Xocalı sakini itkin düşmüş şəxs kimi qeydiyyatdadır"

Komissiya: "Hazırda 197 nəfər Xocalı sakini itkin düşmüş şəxs kimi qeydiyyatdadır" "Həmin şəxslərdən 95-nin əsir götürülməsi ilə bağlı şahid ifadələri mövcuddur"
Qarabağ
1225
24 Fevral , 2017 12:47
Komissiya: Hazırda 197 nəfər Xocalı sakini itkin düşmüş şəxs kimi qeydiyyatdadır

Bakı. 24 fevral. REPORT.AZ/ "Hazırda 197 nəfər Xocalı sakini itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 36-sı uşaq, 65-i qadın, 35-i qocadır".

"Report" xəbər verir ki, bunu Əsir və itkin d­üşmüş, girov götürülm­üş vətəndaşlarla əlaq­ədar Dövlət Komissiyasının katibi, İşçi Q­rupunun rəhbəri İsmay­ıl Axundov deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 95-nin əsir götürülməsi ilə bağlı şahid ifadələri mövcuddur: "Onların arasında isə 12 uşaq var. Faciənin ən ağrılı tərəfi uşaqlarla bağlıdır".

İ.Axundov bildirib ki, Dövlət Komissiyasına əsir və itkin düşmüş şəxlərlə bağlı müraciət edənlərin çoxu həmin dövrdə uşaq olanlardır. 

Son xəbərlər

Orphus sistemi