Hadrutdakı İoan məbədində ermənilərin dağıdıb gizlətdiyi qədim qəbir daşları aşkarlanıb

Hadrutdakı İoan məbədində ermənilərin dağıdıb gizlətdiyi qədim qəbir daşları aşkarlanıb Alban-Udi xristian icmasının üzvləri Hadrut qəsəbəsində, İoan məbədinin qarşısındakı qədim qəbrlərin ermənilər tərəfindən dağıdılaraq gizlədilən sinə daşlarını tapıblar.
Qarabağ
322
27 Aprel , 2022 19:42
Hadrutdakı İoan məbədində ermənilərin dağıdıb gizlətdiyi qədim qəbir daşları aşkarlanıb

Alban-Udi xristian icmasının üzvləri Hadrut qəsəbəsində, İoan məbədinin qarşısındakı qədim qəbirlərin ermənilər tərəfindən dağıdılaraq gizlədilən sinə daşlarını tapıblar.

"Report"un Qarabağ bürosunun məlumatına görə, icma üzvləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər ediblər.

İcma üzvləri səfər zamanı məbədin qarşısında dağıdılmış qədim qəbirlərin üzərində sinə daşlarının olmadığını görüblər.

Alban-Udi xristian icmasının sədr müavini Rafiq Danakari "Report"un Qarabağ bürosuna bildirib ki, icma üzvləri ermənilər tərfindən dağıdılaraq gizlədilən həmin sinə daşlarını taparaq yerinə qoyublar:

"İcma üzvləri ilə birlikdə sinə daşlarını tapıb yerinə qoyduq. Daha sonra dini ayinlərimizi icra edib, dualar oxuduq. Ermənilər məbədin qarşısındakı qədim qəbirləri dağıdıb və sinə daşlarını gizlətmişdilər. Ümumiyyətlə ermənilərin 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı ərazilərdəki insanlığa sığmayan vəhşiliklərini bütün dünya gördü. Burada dağıntılar və vəhşiliklər, təmir-bərpa işlərindən daha çoxdur. Ermənilər hər hansı tarixi abidəni, mədəniyyət nümünəsini, dini məbəd və ziyarətgahı yalnız özünküləşdirə bilmədikləri üçün dağıdıblar. Buradakı qəbrlər və onların sinə daşlarının üzərində dərindən oyma üsulu ilə alban və udilərə aid olduğu ehtimal edilən yazılar, ən əsası da alban xaçları var. Bu səbəbdən də sinə daşlarını özünküləşdirə bilmədikləri üçün ermənilərin dağıtdığını düşünürük".

Qeyd edək ki, Alban-Udi xiristian icması üzvlərinin işğaldan azad edilən ərazilərdəki alban məbədlərinə ziyarəti başa çatıb. Udilər Hadrutdan sonra Xocavəndin Hünərli kəndindəki IV əsrə aid qədim alban məbədində olublar. Səfərin sonunda isə udilər Tuğ qəsəbəsində olan alban məbədlərini ziyarət ediblər.

Son xəbərlər

Orphus sistemi