“Hadrut Fatehi”nin oğlu dünyaya gəlib

“Hadrut Fatehi”nin oğlu dünyaya gəlib “Vətən Müharibəsi Qəhrəmanı” İsmayılov Camal Vidadi oğlunun ilk oğul övladı dünyaya gəlib
Qarabağ
15 Fevral , 2021 22:14
“Hadrut Fatehi”nin oğlu dünyaya gəlib

“Vətən Müharibəsi Qəhrəmanı” İsmayılov Camal Vidadi oğlunun ilk oğul övladı dünyaya gəlib.

“Report” xəbər verir ki, İsmayılov Camalın arzusuna uyğun olaraq övladına Alparslan Camal adı qoyulub.

Qeyd edək ki, Camal Vidadi oğlu İsmayılov 1984-cü ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb.

O, oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub və Neftçala rayonunda dəfn olunub. “Hadrut Fatehi” vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən, ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı” medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi