“Haber Global” Şuşada

“Haber Global” Şuşada Türkiyənin məşhur “Haber Global” telekanalı Şuşadan reportaj hazırlayıb.
Qarabağ
31 Dekabr , 2020 23:26
“Haber Global” Şuşada

Türkiyənin məşhur “Haber Global” telekanalı Şuşadan reportaj hazırlayıb.

“Report” xəbər verir ki, reportajda Azərbaycan Ordusunun şəhəri qeyri-adi taktika, düşmənin gözləmədiyi yerdən - keçilməz ərazidən şəhərə daxil olmaqla Şuşanı azad etdiyi bildirilir.

“Azərbaycan Ordusunun Vətən Müharibəsində imza atdığı zəfərin önəmi əslində tam olaraq bu ərazidən bəlli olur. Əsgərlər Şuşaya çatmaq üçün günlərlə həmin vaxt Ermənistanın nəzarəti altında olan bu dağların arasındakı meşələrdən keçdi”, - deyə reportajda vurğulanır.

Qeyd edilir ki, müharibə bitib, ancaq təhlükə sovuşmayıb. Ermənistan hərdən atəşkəsi pozur. Erməni əsgərləri Şuşadakı evləri dağıdıb. Bu. Türkiyənin mətbuat nümayəndələrinin Şuşadan ilk reportajıdır.

Son xəbərlər

Orphus sistemi