"Haber Global"ın operatoru: "Dünya dövlətləri mina xəritələrini verməsi üçün Ermənistana təzyiq göstərməlidir” - VİDEO

"Haber Global"ın operatoru: "Dünya dövlətləri mina xəritələrini verməsi üçün Ermənistana təzyiq göstərməlidir” - VİDEO "Kəlbəcərdə həlak olan həmkarlarımıza Allah rəhmət eləsin. Onların ailələrinə başsağlığı verirəm. Buna oxşar təhlükələrdən biz də keçdik. İstər Tərtərdə, istər digər şəhərlərdə təhlükə təkcə mina deyildi, bir neçə dəfə biz də ölümdən döndük. 30-50 metr ya
Qarabağ
183
8 İyun , 2021 11:45
Haber Globalın operatoru: Dünya dövlətləri mina xəritələrini verməsi üçün Ermənistana təzyiq göstərməlidir” - VİDEO
Ünsal Çakin

"Kəlbəcərdə həlak olan həmkarlarımıza Allah rəhmət eləsin. Onların ailələrinə başsağlığı verirəm. Buna oxşar təhlükələrdən biz də keçdik. İstər Tərtərdə, istər digər şəhərlərdə təhlükə təkcə mina deyildi, bir neçə dəfə biz də ölümdən döndük. 30-50 metr yaxınlığımıza raketlər, bombalar düşürdü".

“Report” xəbər verir ki, bunu İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana ezam olunan Türkiyənin "Haber Global" televiziyasının operatoru Ünsal Çakin deyib.

“Azad edilən ərazilərə getdikdə ən böyük təhlükə mina idi. Orada ancaq hərbiçilərin bələdçiliyi ilə hərəkət edirdik. Onların dedikləri istiqamətlərdən kənara çıxmamağa çalışırdıq. Çünki o ərazilərdə mina təhlükəsinin olması barədə çoxlu lövhələr görürdük. Bizləri də o tərəflərə aparmırdılar. Həmin işarələr vurulan yerlərdə ermənilərin mina basdırdıqları dəqiqləşmişdi, amma elə yerlər də vardı idi orada mina olduğu bilinmirdi. Mina axtarılan yerlərdə şəhid olan əsgərlər oldu”, - o bildirib.

Operator qeyd edib ki, mina basdırılan ərazilər 30 il boyunca bomboş qalıb: “İndi o insanlar öz torpaqlarına qayıtmaq istəyirlər, amma onları orda gözləyən təhlükə var. Bu təhlükənin aradan qalxması, qayıdan insanların rahat yaşaya bilməsi üçün Ermənistanın mina xəritələrini Azərbaycana verməsi lazımdır. Gələcəkdə oralarda mülki insanlar yaşayacaqlar. Minların təmizlənməsi, xəritələrin verilməsi üçün dünya dövlətlərinin Ermənistana təzyiq və çağırış etməsi lazımdır”.

Son xəbərlər

Orphus sistemi