Gürcüstanın XİN başçısı: “Bölgədə olduqca mürəkkəb vəziyyət yaranıb”

Gürcüstanın XİN başçısı: “Bölgədə olduqca mürəkkəb vəziyyət yaranıb” “Ermənistan və Azərbaycan arasında eskalasiyanın davamı bütün regiona olduqca mənfi təsir edəcək”.
Qarabağ
3 Oktyabr , 2020 12:19
Gürcüstanın XİN başçısı: “Bölgədə olduqca mürəkkəb vəziyyət yaranıb”
David Zalkaliani

“Ermənistan və Azərbaycan arasında eskalasiyanın davamı bütün regiona olduqca mənfi təsir edəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazir beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunu gərginliyin azaldılması üçün bütün mümkün imkanlardan maksimum istifadə etməyə çağırıb:

“Azərbaycan və Ermənistan arasında növbəti hərbi qarşıdurma nəticəsində olduqca mürəkkəb vəziyyət yaranıb. Təəssüflər olsun ki, hərbi əməliyyatlara görə dialoqu bərpa etmək mümkün olmayıb. Biz hamımız anlayırıq ki, vəziyyətin daha da kəskinləşməsi bütün regionun təhlükəsizliyinə olduqca mənfi təsir göstərəcək”.

D.Zalkalianinin sözlərinə görə, Gürcüstan hər zaman qonşuları qarşısında və beynəlxalq öhdəliklərə sadiq qalıb:

“Gürcüstan hökuməti eskalasiya başlayan kimi bir sıra əhəmiyyətli addımlar atıb. Tərəfdaşlarımız da bu barədə məlumatlandırılıb. Biz onlarla daimi təmasdayıq. İstənilən digər beynəlxalq tranzit daşımalara gəlincə, Gürcüstan tərəfi üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tam olaraq yerinə yetirəcək”.

Son xəbərlər

Orphus sistemi