Gürcüstan Rusiya sülhməramlıları üçün hava dəhlizi açıb

Gürcüstan Rusiya sülhməramlıları üçün hava dəhlizi açıb Gürcüstan Azərbaycan və Ermənistanın xahişi əsasında Rusiya sülhməramlıları üçün hava dəhlizi açıb.
Qarabağ
3466
11 Noyabr , 2020 16:06
Gürcüstan Rusiya sülhməramlıları üçün hava dəhlizi açıb
Zurab Abaşidze

Gürcüstan Azərbaycan və Ermənistanın xahişi əsasında Rusiya sülhməramlıları üçün hava dəhlizi açıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze “Qafqazın səsi” (“Эхо Кавказа”) radiosuna bildirib.

Onun sözlərinə görə, Rusiyanın sülhməramlı kontingentinin bir hissəsi istisna hal olaraq öncədən razılaşdırılmış və məhdud müddətdə qarşıdurma zonasına Gürcüstanın hava məkanı vasitəsilə çatdırılacaq: “Bu barədə tərəfdaşlarımız məlumatlandırılıb”.

Son xəbərlər

Orphus sistemi