Gürcüstan əsilli Qarabağ şəhidlərinin xatirəsi əbədiləşdiriləcək

Gürcüstan əsilli Qarabağ şəhidlərinin xatirəsi əbədiləşdiriləcək "Əslən Gürcüstandan olan və 44 günlük Vətən müharibəsində həlak olan 15 şəhidin xatirəsi əbədiləşdiriləcək".
Qarabağ
199
8 İyul , 2021 11:30
Gürcüstan əsilli Qarabağ şəhidlərinin xatirəsi əbədiləşdiriləcək
Faiq Quliyev
0 : 00
0 : 00

"Əslən Gürcüstandan olan və 44 günlük Vətən müharibəsində həlak olan 15 şəhidin xatirəsi əbədiləşdiriləcək".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev mədəniyyət naziri Anar Kərimovun Tbilisidə azərbaycanlı icmanın nümayəndələri ilə keçirdiyi görüşdə deyib.

Səfir bildirib ki, Azərbaycanın şanlı zəfərinin ildönümü ərəfəsində gürcüstanlı qəhrəman şəhidlərin əziz xatirəsinin vətənlərində əbədiləşdirilməsi istiqamətində iş aparılır.

F.Quliyev deyib ki, Gürcüstanda yaşayan soydaşlarımız daima mənəvi vətənləri olan Azərbaycanın yanındadırlar və ikinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi.

Son xəbərlər

Orphus sistemi