GUAM baş katibi: "Təşkilat məkanında münaqişələrin həll olunmaması cəzasızlıq mühiti yaradır"

GUAM baş katibi: "Təşkilat məkanında münaqişələrin həll olunmaması cəzasızlıq mühiti yaradır" "GUAM öz əhəmiyyətini təşkilata daxil ölkələrdə və bütövlükdə regionda müxtəlif sahələrin inkişaf etdirilməsində göstərib"
Qarabağ
27 Mart , 2017 12:10
GUAM baş katibi: Təşkilat məkanında münaqişələrin həll olunmaması cəzasızlıq mühiti yaradır
Report.az

Kiyev. 27 mart. REPORT.AZ/ "GUAM-a üzv dövlətlərin ərazilərində münaqişələrin həll olunmaması cəzasızlıq mühiti yaradır".

"Report"un Ukrayna bürosunun verdiyi məlumata görə, bunu GUAM-ın baş katibi Altay Əfəndiyev Kiyevdə təşkilata daxil ölkələrin hökumət başçılarının iclasında deyib.

"İştirakçı ölkələrin ərazisində silahlı münaqişələrə diqqət etmək lazımdır. Cəzasızlıq ruhunun yaranmaması üçün münaqişələrə reaksiya verib, onları həll etmək zəruridir", - deyə A.Əfəndiyev bildirib.

Onun sözlərinə görə, GUAM öz əhəmiyyətini təşkilata daxil ölkələrdə və bütövlükdə regionda müxtəlif - siyasi, iqtisadi, ticari sahələrin inkişaf etdirilməsində göstərib.

Baş katib, həmçinin iştirakçı ölkələrin ərazisində ticarətin inkişafı üçün bugünkü sənədlərin imzalanmasının vacibliyini vurğulayıb. "Bu iqtisadi əməkdaşlığın inkişafı üçün əmin addımdır", - A.Əfəndiyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi