“Global Village Space”: “Ermənistan bir vaxtlar çiçəklənən Füzulini ruh şəhərə çevirib”

“Global Village Space”: “Ermənistan bir vaxtlar çiçəklənən Füzulini ruh şəhərə çevirib” “30 illik işğal dövrü ərzində Ermənistan bir vaxtlar çiçəklənən Füzulini ruh şəhərə çevirib”.
Qarabağ
26 Noyabr , 2021 13:24
“Global Village Space”: “Ermənistan bir vaxtlar çiçəklənən Füzulini ruh şəhərə çevirib”

“30 illik işğal dövrü ərzində Ermənistan bir vaxtlar çiçəklənən Füzulini ruh şəhərə çevirib”.

“Report” xəbər verir ki, bu barədə pakistanlı prodüser Nabya Şahidin “Global Village Space” nəşrində dərc olunmuş məqaləsində deyilir.

“Ən dəhşətlisi budur ki, Ermənistan hökuməti infrastruktura və ya sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına investisiya etməyə çalışmayıb, əvəzində yalnız qarətlə məşğul olub. Ermənistan hökuməti Füzulinin bütün infrastrukturunu məhv edib. Bütün binalar dağıdılıb”, - məqalədə deyilir.

Məqalədə təkcə Ermənistanın Füzulidə törətdiyi dağıntılar barədə deyil, həm də işğala son qoyulduqdan sonra bir il ərzində Azərbaycanın gördüyü işlər barədə də məlumat verilib: “Azərbaycan Füzulini 2020-ci il oktyabrın 17-də işğaldan azad etdikdən sonra rekonstruksiya və infrastrukturun bərpası üzrə fantastik iş görülüb”.

“Ermənistanın nifrətinə baxmayaraq, Azərbaycan özünə yol aça bildi. Azərbaycan təkcə torpaq üçün deyil, həm də öz mədəniyyətini, irsini, tarixini, suverenliyini və ilk növbədə öz ləyaqətini bərpa etmək üçün mübarizə aparırdı”, - məqalədə deyilir.

Son xəbərlər

Orphus sistemi