Gəncədə Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

Gəncədə Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib Vətən müharibəsi şəhidi Rəvan Məzahir oğlu Daşdəmirovun Gəncə şəhərində anım mərasimi keçirilib.
Qarabağ
29 Oktyabr , 2021 20:40
Gəncədə Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

Vətən müharibəsi şəhidi Rəvan Məzahir oğlu Daşdəmirovun Gəncə şəhərində anım mərasimi keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər Şəhidlər Xiyabanında keçirilən anım mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçi yoldaşları, qazilər və şəhər sakinləri iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Onun döyüş yolundan söhbət edilib, xatirəsi anılıb.

Qeyd edək ki, Daşdəmirov Rəvan Məzahir oğlu 6 mart 1994-cü ildə Gəncədə anadan olub. R.Daşdəmirov ötən il oktyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Rəvan Daşdəmirov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi