Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək

Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək Gəncədə erməni terrorunun qurbanlarının yaxınlarına veriləcək təqaüdün qaydaları açıqlanıb.
Qarabağ
9167
21 Oktyabr , 2020 13:48
Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək
0 : 00
0 : 00

Gəncədə erməni terrorunun qurbanlarının yaxınlarına veriləcək təqaüdün qaydaları açıqlanıb.

Bunu "Report"un Qərb Mərkəzinə Ermənistan tərəfindən atəşə məruz qalan Gəncə şəhərində səfərdə olan Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov bildirib.

O, təqaüdün verilmə qaydalarını da açıqlayıb: "Yeni Azərbaycan Partiyası ermənilərin Gəncə şəhərində törətdikləri terror zamanı valideynlərini itirən uşaqlara təqaüd verəcək. Biz nəzərdə tutumuşuq ki, terror zamanı valideynlərini itirən 1 uşaq üçün 300 AZN, ailədə 2 uşaq varsa, ikisi bir yerdə olmaqla 500 azn təqaüd ödəniləcək. Təqaüdlər onların kart hesablarına köçürülməklə 18 yaşına qədər veriləcək".

Son xəbərlər

Orphus sistemi