Gəncədə şəhidlərin xatirəsi anılıb

Gəncədə şəhidlərin xatirəsi anılıb Gəncə şəhərində saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarabağ
4 Dekabr , 2020 12:02
Gəncədə şəhidlərin xatirəsi anılıb
0 : 00
0 : 00

Bu gün saat 12:00-da Gəncədə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin bütün küçə və prospektlərində, həmçinin Şah Abbas Cümə məscidində, Aleksandr Nevski Rus Pravoslav Kilsəsində və Yəhudi Dini İcmasının yerləşdiyi evdə anım mərasimləri keçirilib, şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun 44 gün müddətinə zəfərlə bitirdiyi Vətən müharibəsində 2 783 nəfər hərbi qulluqçumuz şəhid olub.

Son xəbərlər

Orphus sistemi