Gəncədə evə mərmi düşdü, 10 aylıq körpə yaralandı

Gəncədə evə mərmi düşdü, 10 aylıq körpə yaralandı Ötən gün Ermənistan terrorçularının Gəncəni ağır artileriyadan atəşə tutması nəticəsində 10 aylıq körpə yaralanıb.
Qarabağ
20818
6 Oktyabr , 2020 15:52
Gəncədə evə mərmi düşdü, 10 aylıq körpə yaralandı

Video əlavə olunub

14:19

Ötən gün Ermənistan terrorçularının Gəncəni ağır artileriyadan atəşə tutması nəticəsində 10 aylıq körpə yaralanıb.

Bu barədə “Report”un Qərb Mərkəzinə körpənin atası Xəyyam Eyyubov məlumat verib.

X.Eyyubovun sözlərinə görə, hadisə ba verən zaman evdə olmayıb: “Hadisə baş verəndə evdə deyildim. Evə gəldim gördüm ki, övladım yaralanıb. Uşağı xəstəxanaya çatdırdıq və əməliyyat olundu. Hazırda səhhəti yaxşıdır”.

Hadisə zamanı evdən yaralı körpəsini çıxaran Xəyyam dağıntılar arasında qalan bayrağı da götürməyi unutmayıb.

Qucağında yaralı vəziyyətdə 10 aylıq körpəsi, başının üzərində isə Azərbaycan Bayrağı olan X.Eyyubovun hadisə yerindən çıxıb xəstəxanaya qaçarkən çəkilən fotosu dünyanın gündəminə çevrilib.

 Xəyyam Eyyubov
Xəyyam Eyyubov

Son xəbərlər

Orphus sistemi