Gəncə terrorunda ölənlərdən biri “Azəralüminium”un əməkdaşıdır

Gəncə terrorunda ölənlərdən biri “Azəralüminium”un əməkdaşıdır Oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror aktı nəticəsində həyatını itirmiş Ceyhun Camal oğlu Ələsgərov "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "Azəralüminium" MMC-nin əməkdaşıdır.
Qarabağ
15 Oktyabr , 2020 16:15
Gəncə terrorunda ölənlərdən biri “Azəralüminium”un əməkdaşıdır

Oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror aktı nəticəsində həyatını itirmiş Ceyhun Camal oğlu Ələsgərov "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "Azəralüminium" MMC-nin əməkdaşıdır.

"Report" xəbər verir ki, bu barədə Korporasiya məlumat yayıb.

Məlumata görə, mərhum 5 sentyabr 2016-cı ildən Gəncə Alüminium Kompleksinin Elektroliz Vannaların və digər metallurji avadanlıqların təmiri sahəsində növbə rəisi işləyib. Terror aktı onunla birlikdə həyat yoldaşı Təranə Paşa qızı Ələsgərovanın və oğlu Ülvi Ceyhun oğlu Ələsgərovun da həyatına son qoyub.

"ASK-nın kollektivi olaraq bu dəhşətli hadisədən kədərləndiyimizi bildirir və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!", - Korporasiya bəyan edib.

Son xəbərlər

Orphus sistemi