Gənc liderlər yeni kampaniyaya start verdilər

Gənc liderlər yeni kampaniyaya start verdilər Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020” Gənc Liderlər Proqramının iştirakçıları bu çağrışa öz əməli fəaliyyəti ilə cavab olaraq düşmənin yalan və iftiralarının qarşını
Qarabağ
977
27 İyul , 2020 22:58
Gənc liderlər yeni kampaniyaya start verdilər

Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020” Gənc Liderlər Proqramının iştirakçıları bu çağrışa öz əməli fəaliyyəti ilə cavab olaraq düşmənin yalan və iftiralarının qarşının alınması, Azərbaycanın haqq səsinin bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi ilə birgə 2020-ci ilin iyulun 23-dən “Sülh, Təhlükəsizlik və Ədalət!” Gənclər Kampaniyasına start verib.

Gənclər və İdman Nazirliyindən “Report”a verilən məlumata görə, kampaniyada məqsəd Ermənistanın Azərbaycana hərbi təcavüzü və etnik təmizləmə siyasətinə dair tarixi və hüquqi sənədləri, Qarabağın mədəniyyəti, İrəvan xanlığı, soyqırım və deportasiya, erməni terroru və ermənilərin Qarabağa köçürülməsi və s. faktları BMT-nin üzvü olan ölkələrin dövlət və hökumət başçıları, parlament, xarici işlər nazirlikləri və beynəlxalq təşkilatların sosial media hesablarında kütləvi şəkildə məlumatların yerləşdirilməsidir.  

Bununla əlaqədar gənclər kampaniyada fəal iştiraka dəvət edilir. Bunun üçün “Facebook” və “Twitter” hesablarından paylaşmaq üçün Azərbaycan, türk, ingilis, fransız və rus dillərində hazırlanmış məlumat bazasında istifadə etməklə və paylaşılması nəzərdə tutulub.

Kampaniyaya qoşulmaq istəyən gənclər bu linkə keçid alaraq hazırlanmış məlumat bazasından istifadə edə bilərlər: https://www.facebook.com/notes/g%C9%99nc-link/peace-security-and-justice-youth-campaign/763112447782978/

Paylaşmalar zamanı Müdafiə Nazirliyinin tövsiyəsinə əsasən aşağıdakı məlumatların paylaşılmaması xahiş olunur:

1. Azərbaycan hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsini yazmayın.

2. Sərhəd bölgəsində olan strateji yerlərdə texnika və yaxud hərbi hissələrin yanında fotolar çəkib paylaşmayın.

3. Cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir informasiya paylaşmayın.

4. Döyüşlər zamanı telefon və yaxud digər texnika ilə çəkdiyiniz videoları sosial şəbəkələrdə paylaşmayın.

5. Azərbaycanın hava qüvvələrinin hansı istiqamətdə uçun aparmalarını paylaşmayın.

6. Şəhid və yaralılar barədə dəqiq olmayan inormasiyanı yaymayın.

Kampaniyanın həştəqləri:

#Karabakh, #StopArmenianAgression #KarabakhisAzerbaijan, #Nkpeace, #KarabakhNow

Son xəbərlər

Orphus sistemi