Füzulidən "Zəfər yolu"na - VİDEO

Füzulidən "Zəfər yolu"na - VİDEO Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi olub
Qarabağ
19 Mart , 2021 18:49
Füzulidən Zəfər yoluna - VİDEO
0 : 00
0 : 00

Report"un çəkiliş qrupu Füzuli rayonuna səfər çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun inşası ilə tanış olub.

Uzunluğu 13 km və 4 hərəkət zolağından ibarət olacaq bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Füzulidən Şuşaya çəkilən "Zəfər yolu"ndan başlanğıcını götürən Füzuli-Hadrut yolu Hadrut-Cəbrayıl-Şükürbəyli yoluna birləşir.

Qeyd edək ki, martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi olub.

Son xəbərlər

Orphus sistemi