Füzuli uğrunda ağır döyüşlərdə şəhid olmuş qəhrəmanın doğum günüdür

Füzuli uğrunda ağır döyüşlərdə şəhid olmuş qəhrəmanın doğum günüdür Bu gün Vətən müharibəsi şəhidi Rövşən Eynullayevin doğum günüdür
Qarabağ
14 Fevral , 2021 16:18
Füzuli uğrunda ağır döyüşlərdə şəhid olmuş qəhrəmanın doğum günüdür
Rövşən Eynullayev

Bu gün Vətən müharibəsi şəhidi Rövşən Eynullayevin doğum günüdür.

“Report”un Muğan bürosu xəbər verir ki, fevralın 14-də dünyaya gələn Rövşənin növbəti doğum günü ailəsi və yaxınları tərəfindən qeyd olunub.

Eynullayev Rövşən Elşən oğlu 2000-ci il fevralın 14-də Biləsuvar rayonunun Nərimankənd kəndində dünyaya gəlib. O, ilk təhsilini həmin kəndin tam orta məktəbində alıb.

2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən Müharibəsinə elə birinci gündən qatılan Rövşən xüsusi döyüş bacarığı ilə fərqlənib. Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən ağır döyüşlərdə şəxsi şücaətləri ilə fərqlənib. O və yoldaşları bu əməliyyatlarda düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını sıradan çıxarıb.

Füzuli rayonunun düşməndən azad edilməsi uğrunda gedən ağır əməliyyatlardan biri Rövşən Eynullayevin son döyüşü olub.

Şəhidimiz ötən ilin sentyabrında Nərimankənd kənd qəbiristanlığında dəfn olunub.

O, göstərdiyi şücaətlərə görə, Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif edilib.

Ailə üzvləri, yaxınları və dostları şəhidin 21-ci doğum gününü onun məzarı önündə qeyd ediblər. Rövşən Eynullayevin məzarı önünə güllər düzülüb, ruhuna dualar oxunub. Ziyarətçilər şəhidimizlə bağlı xoş xatirələrini bölüşüb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi