Fransalı ekspert: "Ermənistan və Azərbaycan rəhbərliyinin apardığı danışıqlar müsbət irəliləyişlər vəd edir"

Fransalı ekspert: "Ermənistan və Azərbaycan rəhbərliyinin apardığı danışıqlar müsbət irəliləyişlər vəd edir" Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmalıdır.
Qarabağ
29 oktyabr 2019 11:21
Fransalı ekspert: Ermənistan və Azərbaycan rəhbərliyinin apardığı danışıqlar müsbət irəliləyişlər vəd edir

"Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmalıdır".

Bunu “Report“un Fransa bürosuna açıqlamasında Sivilizasiyalar arasında Dialoq İnstitutunun baş icraçı direktoru Jan Kristof Ba (Jean-Christophe Bas) bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan dialoq vasitəsilə körpü yaratmağa nail olmalıdırlar: "Mən özüm Fransanın Alzas regionunda, Almaniya ilə sərhəd bölgədə anadan olmuşam. Fransa ilə Almaniya arasında baş verən dəhşətli müharibələrdən sonra hər iki dövlət bu gün Avropada əsas tərəfdaşlara çevrilə biliblər. Dünyada elə bir münaqişə yoxdur ki, istək və dialoq ilə öz həllini tapmasın. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmalıdır".

Fransalı ekspert son dövrdə Azərbaycan və Ermənistan rəhbərliyi arasında sülhün yaradılması üçün aparılan danışıqları yüksək qiymətləndirdiyini bildirib: "Lakin diplomatların sülh danışıqlarının davamlı olması üçün iki xalqın bir araya gəlməsi lazımdır. Ermənistan və Azərbaycan rəhbərliyi arasında aparılan rəsmi danışıqlar müsbət irəliləyişlər vəd edir. Lakin müasir dövrümüzdə yalnız diplomatiya xalqları bir araya gətirmir. Sülh və dialoq assosiasiyalar, gənclər təşkilatları, ictimai təşkilatlar tərəfindən mədəniyyət əlaqələri, idman və digər tədbirlər vasitəsilə baş tutmalıdır. İki xalqın gəncləri, idmançıları, mədəniyyət xadimləri, bloggerləri diaoloqa girərək iki xalq arasında sülhün yaradılması naminə körpü yaratmağa nail olmalıdırlar".

Son xəbərlər

Orphus sistemi