Fransa XİN: Alfortvil bələdiyyəsi ilə Qarabağdakı separatçılar arasında imzalanan “xartiya” heç bir hüquqi qüvvəyə malik deyil - EKSKLÜZİV

Fransa XİN: Alfortvil bələdiyyəsi ilə Qarabağdakı separatçılar arasında imzalanan “xartiya” heç bir hüquqi qüvvəyə malik deyil - EKSKLÜZİV Paris. 27 sentyabr. REPORT.AZ/ Fransanın Alfortvil (Alfortville) şəhər bələdiyyəsi ilə qondarma “Dağlıq Qarabağ respublikası”ndakı erməni separatçıları arasında imzalanan “dostluq xartiyası” Fransa dövləti üçün heç bir hüquqi qüvvəyə malik deyil.
Qarabağ
137
27 Sentyabr , 2018 12:25
Fransa XİN: Alfortvil bələdiyyəsi ilə Qarabağdakı separatçılar arasında imzalanan “xartiya” heç bir hüquqi qüvvəyə malik deyil  - EKSKLÜZİV
0 : 00
0 : 00

Paris. 27 sentyabr. REPORT.AZ/ Fransanın Alfortvil (Alfortville) şəhər bələdiyyəsi ilə qondarma “Dağlıq Qarabağ respublikası”ndakı erməni separatçıları arasında imzalanan “dostluq xartiyası” Fransa dövləti üçün heç bir hüquqi qüvvəyə malik deyil.

Bu barədə “Report”un Qərbi Avropa bürosunun sorğusuna cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır, Fransa nə “Dağlıq Qarabağ respublikası”nı, nə də Fransa şəhəri Alfortville ilə imzalanan Dostluq Xartiyasını tanımır”, - XİN-dən əlavə olunub.

Xatırladaq ki, bu il sentyabrın 25-də ermənilərin çoxluq təşkil etdikləri Alfortvil (Alfortville) ilə qondarma “Dağlıq Qarabağ respublikası”ndakı erməni separatçıları arasında “dostluq xartiyası” imzalanıb.

Son xəbərlər

Orphus sistemi