Fransa səfiri: “Azərbaycan və Ermənistan gənclərinin görüşü sülh prosesinə təkan verəcək”

Fransa səfiri: “Azərbaycan və Ermənistan gənclərinin görüşü sülh prosesinə təkan verəcək” "Gənclərin görüşü Azərbaycan və Ermənistan arasında sülh prosesinə təkan verəcək".
Qarabağ
22 İyun , 2022 14:07
Fransa səfiri: “Azərbaycan və Ermənistan gənclərinin görüşü sülh prosesinə təkan verəcək”

"Gənclərin görüşü Azərbaycan və Ermənistan arasında sülh prosesinə təkan verəcək".

“Report” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan gəncləri ilə görüşündə bildirib.

O deyib ki, bu cür görüşlər təkcə Fransa və Almaniyanın deyil, digər dövlətlərin də vasitəçiliyi ilə daim keçirilməlidir.

Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvarts isə ölkəsinin Azərbaycan və Ermənistan arasında sülh müzakirələrinin davam etdirilməsinə tərəfdar olduğunu vurğulayıb və bu cür görüşlərin bu proses üçün yaxşı başlanğıc olacağını söyləyib.

Xatırladaq ki, iyunun 6-dan 10-dək Fransada səfərdə olan Azərbaycan gəncləri orada Ermənistan, Almaniya və Fransa gəncləri ilə görüşüblər.

Son xəbərlər

Orphus sistemi