Fərruxda itkin düşən hərbçinin anası: "30 ildir elə bilirəm ki, oğlum sağdır"

Fərruxda itkin düşən hərbçinin anası: "30 ildir elə bilirəm ki, oğlum sağdır" Fərrux yüksəkliyində aşkarlanan insan sümükləri ermənilərin nə qədər qəddar, amansız və vəhşi olduğunu bir daha sübüt etdi. Xocalı rayonunun Fərrux kəndində, eyniadlı yüksəkliy uğrunda gedən döyüşlər zamanı itkin düşən 62 nəfərin yaxınları da hələ onları
Qarabağ
5 aprel 2022 15:52
Fərruxda itkin düşən hərbçinin anası: 30 ildir elə bilirəm ki, oğlum sağdır

Fərrux yüksəkliyində aşkarlanan insan sümükləri ermənilərin nə qədər qəddar, amansız və vəhşi olduğunu bir daha sübut etdi. Xocalı rayonunun Fərrux kəndində, eyniadlı yüksəklik uğrunda gedən döyüşlər zamanı itkin düşən 62 nəfərin yaxınları da hələ onların yolunu gözləyirlər. Siyahıda adı çəkilənlərdən biri də Bərdənin Hacallı kəndindən olan Rüstəm İsrafil oğlu Mənsimovdur.

R.Mənsimovun anası Raziyə Alıyeva "Report"un Qarabağ bürosuna bildirib ki, I Qarabağ müharibəsi başlayanda oğlu Rusiyada yaşasa da, müharibə xəbərini eşidən kimi Vətənə qayıdıb və döyüşlərə qatılıb:

“Rusiyadan gəldi, müharibə gedirdi, dedi ki, mən də getməliyəm. Qızğın müharibələr gedirdi. Hər gün daha bir əsgərimizin şəhid olması xəbəri gəlirdi. Rüstəmi sonuncu dəfə 1992-ci ilin oktyabr ayında gördüm. Fərrux kəndi yaxınlığında strateji yüksəklik uğrunda döyüşə hazırlaşdıqlarını və qismət olarsa, şəhid olduğu təqdirdə heç kimin ağlamamasını bərk-bərk tapşırdı. Fərrux dağının ətrafında qızğın döyüşlər gedirdi. Sonradan oğlumun şəhid olması və ya sağ qalması barədə heç bir məlumat əldə edə bilmədik".

İtkin düşən hərbçinin qardaşı Emin Mənsimov bildirib ki, Rüstəmlə Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdən sonra əlaqələri kəsilib və bir daha onun barəsində məlumatları olmayıb: “İtkin düşdüyü barədə bizə məlumat verdilər. Bir daha heç bir məlumatımız olmadı. Qardaşımın nə səsi gəldi, nə də sorağı".

Məlumat üçün bildirək ki, Rüstəm İsrafil oğlu Mənsimov Bərdə rayonunun Hacallı kəndində anadan olub. Sovet ordusu sıralarında xidmətini başa vurduqdan bir neçə gün sonra, könüllü olaraq Milli Ordu sıralarına yazılıb. R.Mənsimov Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Son xəbərlər

Orphus sistemi