​Fələstin səfiri: "Dağlıq Qarabağ münaqişəsi bütün regionun xeyrinə həll olunmalıdır"

​Fələstin səfiri: "Dağlıq Qarabağ münaqişəsi bütün regionun xeyrinə həll olunmalıdır" "Münaqişə ocağını közərmiş vəziyyətdə saxlamaq olmaz"
Qarabağ
182
4 İyun , 2015 17:28
​Fələstin səfiri: Dağlıq Qarabağ münaqişəsi bütün regionun xeyrinə həll olunmalıdır

Bakı. 4 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Bu münaqişənin çözülməsi region üçün böyük fayda verəcək".

Bu barədə "Report"a müsahibəsində Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib.

Səfir Azərbaycanın ərazi bütövlüyünün əsas məsələlərdən biri olduğunu qeyd edib.

"Dağlıq Qarabağ münaqişəsinin həlli regiona çox böyük yardım göstərəcək. Münaqişənin həlli onsuz da inkişaf edərək irəliləyən Azərbaycana deyil, həm də inkişaf baxımından Azərbaycandan geridə qalan Ermənistan və ümumilikdə bütün regiona da mənfəət gətirəcək." - N.Ə.Kərim bildirib.

"Münaqişə ocağını közərmiş vəziyyətdə saxlamaq olmaz", - səfir əlavə edib.

Diplomat Azərbaycanın bu məsələyə çox müdrik yanaşdığını vurğulayıb. "Fələstin bu məsələdə Azərbaycanı tam dəstəkləyir. Biz hesab edirik ki, bu münaqişə danışıqlar vasitəsilə, sülh yolu ilə həllini tapmalıdır" - N.Ə.Kərim bildirib.

İkitərəfli münasibətlərin inkişafına dair fikir söyləyən səfir qeyd edib ki, son illərdə bu əlaqələr "artan xətt üzrə inkişaf edir və indiki qədər heç vaxt belə yaxşı səviyyədə olmayıb".

N.Ə.Kərim iki ölkə arasında bir sıra məsələlərlə bağlı tam anlaşmanın və qarşılıqlı dəstəyin olduğunu da söyləyib.

Son xəbərlər

Orphus sistemi