Fələstin Dövlətinin səfiri: “Müsəlman aləmi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Fələstin Dövlətinin səfiri: “Müsəlman aləmi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” “Arzu edirik ki, işğal olunmuş bütün müsəlman əraziləri və müqəddəs məkanlar yaxın vaxtlarda öz əsl sahiblərinə qayıtsın”
Qarabağ
13 İyun , 2017 14:44
Fələstin Dövlətinin səfiri: “Müsəlman aləmi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Report.az

Bakı. 13 iyun. REPORT.AZ/ “Cənab Prezident, müsəlman aləmi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, ölkənizin tərəfindədir və beynəlxalq hüququn, BMT-nin bütün qətnamələrinin ayrı-ayrı deyil, bərabər qaydada həyata keçirilməsi çağırışına qoşulur”.

“Report”un xəbərinə görə, bunu Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nəsir Əbdül Rəhim Prezident İlham Əliyev tərəfindən keçirilən qəbulda deyib.

“Bu müqəddəs ayda, cənab Prezident, biz arzu edirik ki, işğal olunmuş bütün müsəlman əraziləri və müqəddəs məkanlar yaxın vaxtlarda öz əsl sahiblərinə qayıtsın. Arzu edirik ki, dağıntı və terror yayaraq, İslamın adını ləkələyən pis əməllərə və səhv düşüncələrlə yaşayan məkrli qüvvələrə ümmətimiz qalib gəlsin, doğma ölkələrimizin üzərindəki qara buludlar dağılsın, fərqləri bir kənara qoyaraq, qardaş ölkələrimizdə sülhün və harmoniyanın bərqərar olunması naminə innovasiya, irəliləyiş sayəsində insan sivilizasiyasına ən dəyərli töhfə verən tərəf kimi özünün layiqli yerini bərpa etsin”, - səfir əlavə edib.

Xatırladaq ki, iyunun 13-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Son xəbərlər

Orphus sistemi