“Euronews” Ağdamdan reportaj hazırlayıb

“Euronews” Ağdamdan reportaj hazırlayıb “Euronews” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərindən reportaj hazırlayıb.
Qarabağ
26 Noyabr , 2020 23:08
“Euronews” Ağdamdan reportaj hazırlayıb

“Euronews” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərindən reportaj hazırlayıb.

“Report” xəbər verir ki, reportajda Ağdam “Qafqazın Xirosiması” adlanır. Qeyd olunub ki, hazırda şəhərin ərazisi minalardan təmizlənir və bunun üçün onilliklər lazımdır.

Reportajda bildirilir ki, Ağdam şəhəri 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb

Qeyd edək ki, Azərbaycan Ordusu Ağdama noyabrın 20-də daxil olub və Azərbaycan Bayrağını sancıb. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı atəşkəs bəyanatına əsasən, Ağdam rayonu Azərbaycana təhvil verilib.

Son xəbərlər

Orphus sistemi