Komitədən Report-a verilən məlumata görə, bəyanatda girov götürülmüş uşağın taleyindən dərin narahatlıq ifadə olunub və azyaşlı Cavid Məmmədovun tezliklə azad olunması tələb edilib.
"UNICEF və aidiyyəti beynəlxalq təşkilatları baş verənlərə laqeyd qalmamağa, Cavid Məmmədovun taleyi ilə yaxından maraqlanmalarına, girovun tezliklə geri qaytarılması istiqamətində səylərinin gücləndirilməsini istəyirik" - deyə, bəyanatda vurğulanıb.
Xatırladaq ki, sentyabrın 5-də Tərtər rayonundan olan 15 yaşlı Cavid Samir oğlu Məmmədov təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb