Ermənistanın XİN rəhbəri rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Ermənistanın XİN rəhbəri rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək Ermənistan və Rusiyanın XİN rəhbərləri Vyana, Sankt Peterburq sammitlərinin razılaşmalarını müzakirə edəcəklər
Qarabağ
21 Fevral , 2017 04:35
Ermənistanın XİN rəhbəri rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Bakı. 21 fevral. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün və sabah Rusiyada rəsmi səfərdə olacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, səfər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacaq. 

Səfərin gedişatında Nalbandyan və Lavrov Ermənistanla Rusiya arasında strateji, əməkdaşlıq münasibətlərinin geniş spektrini müzakirə edəcəklər, aktual regional və beynəlxalq problemlər ətrafında fikirlər mübadiləsi aparacaqlar.

Ermənistan və Rusiyanın xarici siyasət idarələrinin başçıları həmçinin Qarabağ münaqişəsinin nizama salınması prosesində irəliləyiş məqsədi ilə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların icrası istiqamətində atılan addımları da müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi