Bakı. 11 may. REPORT.AZ/ "Dağlıq Qarabağın tanınması hələ tezdir". "Report" "Sputnikarmenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Ovik Abramyan deyib.
Məlumata görə, o, mayın 8-9-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.
O.Abramyan Ermənistanın qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıması məsələsindən danışarkən deyib: "Hələlik buna ehtiyac yoxdur. Vaxtı gələndə Ermənistan onu tanıyacaq".
Qeyd edək ki, mayın 5-də Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsini müzakirə edərək parlamentə göndərib.