Ermənistanın ABŞ-dakı konsulluğu qarşısında aksiya keçirilib

Ermənistanın ABŞ-dakı konsulluğu qarşısında aksiya keçirilib ABŞ-da Türk-Amerika Dərnəkləri Federasiyasının üzvləri Nyu-York şəhərindəki Ermənistan konsulluğu qarşısında səssiz aksiya keçiriblər.
Qarabağ
1903
23 İyul , 2020 03:57
Ermənistanın ABŞ-dakı konsulluğu qarşısında aksiya keçirilib
0 : 00
0 : 00

ABŞ-da Türk-Amerika Dərnəkləri Federasiyasının üzvləri Nyu-York şəhərindəki Ermənistan konsulluğu qarşısında səssiz aksiya keçiriblər.

"Report"un yerli bürosu xəbər verir ki, mitinqdə türk dərnəklərinin rəhbərləri Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, eyni zamanda ötən gün Los-Anceles şəhərində azərbaycanlı gənclərə qarşı törədilən təxribatı pisləyiblər.

Aksiyanın keçirilməsinə əvvəlcə razılıq verməyən Nyu-York polisi sonradan dərnək rəhbərlərinə kütləvi tədbirin təşkilinə yalnız bir saat iştirakçıların sayının 30 nəfərdən çox olmaması, mitinqi səssiz aksiya kimi keçirmək şərti ilə icazə verib. Aksiya ilə əlaqədar əraziyə polis əməkdaşları cəlb olunub və buradan keçən ABŞ sakinləri aksiya iştirakçılarını dəstəkləyiblər.

Türk-Amerika Dərnəkləri Federasiyasının (TADF) rəhbəri Tulga Tekman Reporta açıqlamasında deyib ki, işğalçı, terrorçu Ermənistanın son günlər Azərbaycan qarşı güclənən işğalçılıq siyasəti bütün türk dünyasını ayağa qaldırıb və Amerikada yaşayan türklər həmvətənlərimizə dəstək üçün hazırdır: “Ermənilərin Azərbaycanın sərhədlərində təxribat törətməsi və müharibə qanunlarına zidd olaraq günahsız insanları belə öldürməsi xəbərlərini ürək ağrısıyla izlədik. Elə o gündən etibarən dünyanın dörd bir tərəfində yaşayan türklər ayağa qalxıb, qardaşlarımıza öz dəstəklərini göstərdilər.

Bu gün bütün türk dərnəkləri adından burdayıq. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən danışmaq üçün elə Xocalı soyqırımında yaşananları xatırlamaq kifayət edir.

Bu gün Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və bu təcavüzkar siyasətini hələ də davam etdirir. Bütün dünya bunu bilməlidir”.

Aksiyanın sonunda iştirakçılar bəyanatla çıxış ediblər.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi