Ermənistanda yol kənarında Azərbaycan şəhərlərinin adları olan lövhə quraşdırılıb

Ermənistanda yol kənarında Azərbaycan şəhərlərinin adları olan lövhə quraşdırılıb Ermənistanın Tavuş vilayətinin Aygepar kəndi yaxınlığında Azərbaycanın Şəmkir, Gəncə və paytaxt Bakıya olan məsafənin qeyd olunduğu yol lövhəsi quraşdırılıb.
Qarabağ
12 Yanvar , 2021 12:59
Ermənistanda yol kənarında Azərbaycan şəhərlərinin adları olan lövhə quraşdırılıb

Ermənistanın Tavuş vilayətinin Aygepar kəndi yaxınlığında Azərbaycanın Şəmkir, Gəncə və Bakı şəhərlərinə olan məsafənin qeyd olunduğu yol lövhəsi quraşdırılıb.

“Report” xəbər verir ki, bununla bağlı şəkil teleqramın Ermənistan seqmentində yayılıb.

Erməni istifadəçilər şəkli “Yeni reallıq” başlığı ilə paylaşıblar.

Lövhəyə eyni zamanda Azərbaycan istiqamətində yolun bağlı olduğunu, girişin qadağan edildiyini göstərən yol nişanı vurulub.

Son xəbərlər

Orphus sistemi