Ermənistanda silahlı qüvvələr və siyasi rəhbərlik arasında çəkişmə başladı

Ermənistanda silahlı qüvvələr və siyasi rəhbərlik arasında çəkişmə başladı “Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı Ermənistan Respublikasının siyasi rəhbərliyi və Silahlı Qüvvələr arasında nifaq salmaq istəyən bəzi siyasi dairələrin cəhdlərini qətiyyətlə pisləyir”
Qarabağ
7471
27 Oktyabr , 2020 16:34
Ermənistanda silahlı qüvvələr və siyasi rəhbərlik arasında çəkişmə başladı
0 : 00
0 : 00

Cəbhədə davamlı uğursuzluq və məğlubiyyətlə üzləşən Ermənistanda siyasi rəhbərlik və ordu arasında fikir ayrılığı, nifaqın olduğu görünməyə başlayıb.

“Report” xəbər verir ki, bu, Ermənistanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının ortaq bəyanatından sezilib.

“Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı Ermənistan Respublikasının siyasi rəhbərliyi və Silahlı Qüvvələr arasında nifaq salmaq istəyən bəzi siyasi dairələrin cəhdlərini qətiyyətlə pisləyir”, - açıqlamada vurğulanıb.

Bəyanatda həmçinin siyasətçilərin bölücü açıqlama və hərəkətlərdən çəkinməyə çağırış edilib.

Son xəbərlər

Orphus sistemi