Sorğu: Ermənistanda respondentlərin 56 faizi Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyanın mane olduğunu düşünür

Sorğu: Ermənistanda respondentlərin 56 faizi Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyanın mane olduğunu düşünür Respondentlərin 34,33 faizi Rusiyanın Ermənistanın müttəfiqi olması sualına müsbət, 30,56 faizi isə mənfi cavab verib
Qarabağ
12 Sentyabr , 2017 13:28
Sorğu: Ermənistanda respondentlərin 56 faizi Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyanın mane olduğunu düşünür

Bakı. 12 sentyabr. REPORT.AZ/ Ermənistanda respondentlərin 56 faizi Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyanın mane olduğunu hesab edirlər. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu, Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin keçirdiyi sorğunun nəticələrində göstərilib.

Mərkəzin sədri Stepan Qriqoryan sorğunun nəticələrini açıqlayarakən bildirib ki, respondentlərin 34,33 faizi Rusiyanın Ermənistanın müttəfiqi olması sualına müsbət, 30,56 faizi isə mənfi cavab verib: "Onların 35,11 faizi isə Rusiyanı Ermənistanın qismən strateji müttəfiqi sayır. 

Rəyi soruşulanların 49 faizi Ermənistanın Rusiya ilə sıx münasibəti Avropa İttifaqı ilə münasibətlərə mane olduğunu düşünür. Respondentlərin 41 faizi hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təhlükəsizliyini təmin etmir. 

“Azərbaycan müharibəyə (Ermənistanın işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azad edilməsi ilə bağlı ehtimal edilən hərbi əməliyyatları nəzərdə tutur - “Report”) başlayacağı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana yardım edəcəkmi” sualına respondenlərin 31 faizi müsbət, 63,4 faizi isə mənfi cavab verib.

Əhalinin 50,67 faizi hesab edir ki, Avrasiya İqtisadi İttifaqı Ermənistana mənfi təsir göstərib. Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin fəallaşmasını rəyi soruşulanların 88,6 faizi müsbət qiymətləndirib". 

Qeyd edək ki, sorğu cari il iyunun 1-dən sentyabrın 1-dək Yerevan, Gümrü, Vanadzor, Yereknadzor və başqa şəhərlərində 900 nəfər arasında keçirilib. 

Son xəbərlər

Orphus sistemi