Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və onun rusiyalı həmrakı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
“Report” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat xidməti yayıb.
Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyəti və həll yollarını, həmçinin bölgədəki stabillik və təhlükəsizlik məsələlərini də müzakirə ediblər.