Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində monitorinq keçiriləcək

Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində monitorinq keçiriləcək Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə Xristo Xristov və Piter Şvedberq keçirəcəklər
Qarabağ
7 İyun , 2016 09:24
Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində monitorinq keçiriləcək

Bakı. 7 iyun. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 8-də Azərbaycan Respublikası Xocavənd rayonu Kuropatkino kəndinin şərqindən keçən Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. 

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Şvedberq keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Jiri Aberle keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi