Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb - VİDEO

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb - VİDEO Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib
Qarabağ
22 Fevral , 2017 09:29
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb - VİDEO

Bakı. 22 fevral. REPORT.AZ/ Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Düşməni daim izləyən Azərbaycan ordusunun bölmələri tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

Son xəbərlər

Orphus sistemi