Ermənistan silahlı qüvvələri atəşkəsi 43 dəfə pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi 43 dəfə pozub Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsipozub.
Qarabağ
12 İyul , 2020 09:16
Ermənistan silahlı qüvvələri atəşkəsi 43 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 43 dəfə pozub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ağdam rayonunun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi